ABŞ-da yaşayan erməni əsilli poker çempionu Dan Bilzeryan İnstaqram-ın ən populyar şəxslərindən biridir.
D.Bilzyeryanın qlamur həyatı ilə bağlı paylaşdığı şəkillərin təqibçiləri çoxdur.
Unikal.org milli.az-a istinadən bildirir ki, erməni Bilzeryana İnstaqram-da iranlı Toni Tütüniyə meydan oxuyurdu.
Tütüninin profili sürətlə məşhurlaşırdı və onun təqibçilərinin sayı həndəsi silsilə ilə artırdı. Fəqət, iranlı T.Tütüninin İnstaqram-dakı səhifəsi blok olunub.
Tütüninin dediyinə görə, bu "rəqiblərinin işidir":"Səhifəni ən qısa müddətdə bərpa etməyə çalışacağam".























