Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəyə yeni Baş nazir təyin edib.

Unikal.org xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi məlumat verib. Prezidentin fərmanına əsasən, Qazaxıstanın Baş naziri vəzifəsinə Bakıtjan Saqintayev təyin olunub.

Qeyd edək ki, Qazaxıstan prezidenti konstitusiyaya əsasən parlamentin məclisində (aşağı palata) təmsil olunan siyasi partiya fraksiyaları ilə Baş nazirin namizədliyinə görə konsultasiya keçirib. Bundan sonra məclisdən razılıq alıb.

Xatırladaq ki, ötən gün Nazarbayev ölkənin keçmiş Baş naziri Kərim Mənsimovu postundan azad edərək Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsinə təyin edib.