"Rayol Vallecano"nun məşqində insident yaşanıb.
Unikal.org Goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xose Ramon Sandoval əsəblərinə hakim ola bilməyib. "Cadena Ser"in məlumatına görə o, venesuelalı hücumçuNikolas Floresə hücum edib.
Tərəfləri sakitləşdirməyə çalışan Roberto Trassoras da məqşçinin qəzəbinə düçar olub. "Rayo Vallecano"nun Segunda`ya düşməsində Trassorası günahlandıran Sandoval ona qarşı təhqiramiz ifadə işlədib.
Qeyd edək ki, Madrid klubu hazırda Segunda`nın turnir cədvəlində sonuncu yeri tutur.