Azərbaycan yığmasının keçmiş futbolçusu Mahir Şükürovun adı yenə qalmaqalda hallanır.
Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, bu dəfə müdafiəçinin özü yox, onun menecerliyini edən qardaşı Ümid Şükürov diqqət mərkəzinə düşüb.
Məsələ burasındadı ki, Mahir Şükürovun əlində siqaretlə şəklinin “sport7.az” saytında yayımlanması 19 yaşlı meneceri qəzəbləndirib. O, həmkarımıza bununla bağlı mesaj yollayaraq, ona hədə-qorxu gəlib.
Gənc Şükürov jurnalistə bu sözləri yazıb: "Mən sənlə başqa cür danışmaq istəmirəm. Azərbaycan kişisinə yaraşmayan hərəkət edirsiz. Sən kimsən ki, mənim qardaşım haqda elə şey yazırsan? Sənə kim ixtiyar verib? Siqaret çəkib, çəkib də. Bunun sənə nə istisi, soyuğu var? Allaha şükür, əlimiz hər yerə çatır, pislik etmək istəmirəm".
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə də Mahir Şükürovun əyləncələrdən çəkilmiş şəkilləri paylaşılır.