Türkiyə-Almaniya münasibətləri son illər ərzində pozulub.
Unikal.org bildirir ki, bunu Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Fridrix Ebert fondunda çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, iki ölkə arasında olan problemlərin çoxu qısa zamanda həll edilə bilməz.
O, istənilən şəraitə baxmayaraq, Türkiyənin Yaxın Şərqdə vacib oyunçu olduğunu bildirib.