Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Unikal.org-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 252,079 mln. manat ödənilib.
Belə ki, "Parabank ASC-nin qorunan əmanətçiləri 30,198 mln. manat, "Zaminbank ASC-nin qorunan əmanətçiləri 43,906 mln. manat, "Kredobank ASC-nin qorunan əmanətçiləri 16,800 mln. manat, "Dekabank ASC-nin qorunan əmanətçiləri 2,763 mln. manat, "Atrabank ASC-nin qorunan əmanətçiləri 12,146 mln. manat, "Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçiləri 1,527 mln manat, "Bank of Azerbaijan ASC-nin qorunan əmanətçiləri 24,091 mln. manat, "Gəncəbank ASC-nin qorunan əmanətçiləri 926 min manat, "Texnikabank ASC-nin qorunan əmanətçiləri isə 119,723 mln. manat kompensasiya alıblar.