Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub.
Unikal.org apa-ya istinadən məlumatına görə, sentyabrın 10-da Antalyanın Konyaaltı
qəsəbəsinin Sarısu Mesire bölgəsindəki çimərlikdə 62 yaşlı Fənah Əhmədov
boğularaq həyatını itirib.
Saat 19 radələrində suda hərəkətsiz
vəziyyətdə duran F. Əhmədovu görən turistlər dərhal polisə məlumat
veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F. Əhmədovun
cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini
müəyyənləşdiriblər. F. Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları
çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.
F. Əhmədovun həyat yoldaşının da keçən il Antalyada həyatını itirdiyi üzə çıxıb. Polis olayla bağlı araşdırmaya başlayıb.
Azərbaycanlı Antalyada boğuldu - Arvadı da orada ölmüşdü
11:50 11-09-2016
HADİSƏ
Digər Xəbərlər
2024-12-23 23:14:56
2024-12-23 22:53:43
2024-12-23 22:14:20
2024-12-23 21:50:23
2024-12-23 21:42:42
2024-12-23 21:17:00
2024-12-23 17:32:54
2024-12-23 14:47:05
2024-12-23 12:59:04
2024-12-23 11:16:54
2024-12-23 00:30:10
2024-12-22 21:15:10
2024-12-22 20:54:13
2024-12-22 20:04:34
2024-12-22 19:13:23
2024-12-22 18:57:29
2024-12-22 14:10:47
2024-12-22 12:48:05
2024-12-22 10:33:55
2024-12-22 09:54:47