Ermənistanın müdafiə naziri Seyran Ohanyan güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunacaq.
Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə "İnterfaks" agentliyinə Ermənistan hökumətindəki mənbə bildirib.
"Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. O, KTMT-nın baş katibi postunu tutacaq", - deyə mənbə qeyd edib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını bildirib.
KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja isə yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.
"Yeni baş katib Ermənistan nümayəndəsi olacaq", - deyə o bildirib.