Akıncı bazasında xidmət edən 3 pilot 15 iyul dövlət çevrilişindən xeyli əvvəl FETÖ lideri Fətullah Gülənlə görüşübmüş.
Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu ilin martında Pensilvaniya ştatında baş tutan görüşdə Gülən pilotlardan F-16 uçuş kursunu bitirib-bitirmədiklərini soruşub. Pilotlar isə kursun davam etdiyini deyiblər.
Görüşdən sonra pilotlar uçuş kursunu qısa müddətdə bitirib, 15 iyulda bazada uçuş keçiriblər.
Sözügedən pilotlar 2014-cü ildə hərbi akademiyanı bitiriblər.
Qeyd edək ki, onlar F-16 qırıcıları ilə paytaxt Ankarada Prezident sarayı və Milli Məclisi bombardman etmişdi.