Türkiyənin Hatay vilayəti Suriya ərazisindən raket hücumuna məruz qalıb.
Unikal.org bu barədə Türkiyənin "Haberturk" qəzetinə istinadən məlumat verir.
Qəzetin verdiyi məlumata görə, zərbələrdən sonra vilayət ərazisində güclü partlayış olub. Raket zərbəsi nəticəsində ölən və xəsarət alanlar barədə hələ məlumat verilmir.
Bunun ardınca Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində yerləşən İŞİD terror təşkilatının mövqelərinə cavab zərbələri endirilib.