Məşhur şair, Rüstəm Behrudi AYB üzvlüyündən istefa verib.
Unikal.org-un məlumatına görə bu barədə şair özünün şəxsi Facebook səhifəsində qeyd yerləşdirib. O bu addımı doğum günündə təbrik olunmamağı ilə əsaslandırıb: "Uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib. Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır?
Dünən, 12 sentyabrda Rüstəm Behrudi 59-cu doğum gününü idi.
Qeyri-iş günü olduğuna görə məsələ ilə bağlı AYB-dən şərh almaq mümkün olmadı.