Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib. 

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, Birliyin katibi, Xalq şairi Fikrət Qoca onun istefasından xəbərsiz olduğunu bildirib: "Neyləyək? Ayrılır ayrılsın da... Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir.

F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: "İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?"

Qeyd edək ki, şair Rüstəm Behrudi AYB-dən istefa verib.