Məşhur milyarderin qızı Qavriila Yuşvaeva Betti ilə biznesmen Murad Beniaminovanın toyu olub.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, mərasim Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu "Agalarov Estatedə baş tutub.
Gecənin qonaqları arasında Araz Ağalarov, xanımı İrina və oğlu Emin də yer alıb.
Dəbdəbəli gecə bir çox maraqlı məqamlarla yadda qalıb. Təkcə məkanın bəzədilməsinə bir neçə milyon rubl xərclənib. Gecənin aparıcısı Keti Topuriya və Nikolay Baskov olub.
Qavriila Yuşvaevanın atası bir çox məşhur şirkətlərin səhmdarıdır. Onun var-dövləti 1 milyarddan çoxdur. Yuşvaaev böyük ailəyə sahibdir. Belə ki, iş adamının 7 övladı var.