Almaniyada yerli əhali ilə qaçqınlar arasında toqquşma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bautçen şəhərində meydanlardan birinə yerli əhalidən təxminən 80 qadın və kişi, 20 nəfər miqrant toplaşıb. Şahidlərin sözlərinə görə, hər iki qrup bir-birini təhqir edib, əlbəyaxa olub, butulkalar tullayıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı cəlb olunub. İctimai asayişi pozduqları üçün bir qrup şəxs haqda cinayət işi açılıb.

Qeyd edilir ki, bu, Bautçendə miqrantlarla yerli əhali arasında yaşanan ilk münaqişə deyil.