Türkiyədə Hakkari-Çukurca yolunun üzərində təhlükəsizlik qüvvələri tərəfindən içərisində 5 ton bomba daşıyan yük maşın aşkarlayıblar.
Unikal.org-un Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, polis o an təhlükəsizlik tədbiri görüb.
Belə ki, Geçimli Köyü yaxınlığında tapılan maşın polislər tərəfindən partladılıb. Nəticədə yaxınlıqdakı evlərə zərər dəyib.
Sürücü isə hadisə yerindən qaçıb. Onun tutulması üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb.