Sentyabrın 7-də Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Piter Kuk bəyan edib.

"İŞİD-in "informasiya naziri" hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib", deyə P.Kuk bildirib.