Amerikalı aktyor, Hollivud ulduzu Daq Hatçinsonun xanımı Kortni Stoddendünən çimərlikdə bir qadınla idi.

Unikal.org milli.az-a istinadən bildirir ki, 56 yaşlı aktyorun 23 yaşlı xanımı bu qadınla Kaliforniyadakı çimərlikdə qucaqlaşıb, öpüşüblər.

İki qadının lesbiyan əyləncəsi reportyorların kameralarından yayınmayıb.

Kortni Stodden 16 yaşı olanda Daq Hatçinsonla yaşamağa başlamışdı. Bu olay aşkarlanan kimi aktyorun karyerasına ağır zərbə dəymişdi.

"Məni təhqir edir, hədələyir, pedofil adlandırırdılar. Agentim məni tərk etdi, menecerim isə dedi: "Kortni ilə evlənməyin səni məhv etdi: sanki, tüfəngi götürüb öz başına atəşaçdın". Hamı məndən üz çevirmişdi. Qardaşım zəng vurub "Bir daha evimizə gəlmə" söylədi, anam isə məni və Kortnini görmək istəmədiyini dedi", - Daq Hatçinson söyləyib.

Kortni Stoddenin hamiləliyi 3-cü ayda yarımçıq qalıb və o, bətnindəki uşağı salıb.