Dünyanın ən böyük təhlükəsizlik şirkətlərindən biri olan "Trend Micro", ənənəvi hal alan iPhone "hack" yarışlarına yeni birisini daha əlavə edib.
Unikal.org-un "Technote"yə istinadən məlumatına görə, təklif olunan pul mükafatı isə olduqca yüksək məbləğdir.
iPhone-u "hack" etmək üçün təşkil olunan bu yarış ilk deyil. Amma bu ilki yarışlarda mükafat və tədbirlər çox olduğundan iştirakçıların sayının çox olması gözlənilir. Yarışlar arasında xüsusilə hakerlərin yer aldığı iPhone şifrəsini qırma yarışı diqqət çəkir.
Belə ki, haker ona veriləcək iPhone 6S -in şifrəsini məlumatlara zərər vermədən qırarsa, 250.000$ pul mükafatı alacaq. Bundan əlavə iOS üçün açıq tapan hackerlərə 500.000$ veriləcək. 26-27 Oktyabr tarixlərində keçiriləcək yarışlara böyük marağın olması gözlənilir.
Qeyd edək ki, "Trend Micro" son illərdə etdiyi təhlükəsizlik yatırımları ilə bu sektorda söz sahibi olmağı bacarıb.