“Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlik qeyd edir ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib:
“Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.
Qeyd olunub ki, bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb:
“Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”.