Bu gün Topaz Premyer Liqasında V tura start veriləcək.

Unikal.org-un Qol.az-a istinadən məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış matçı Sumqayıtda oynanılacaq. Eyniadlı komanda "Kəpəz"lə görüşəcək. Ötən tur mövsümdə ilk qələbəsini qazanan Gəncə klubu yenə də eyni uğuru təkrarlamaq fikrindədir. "Sumqayıt" isə ardıcıl 3 məğlubiyyətdən sonra xal qazanmağa çalışacaq.

Günün ikinci oyunu "İnter Arena"da keçiriləcək. Son turda biabır olan "Neftçi" 4 turdan sonra ikinci pillədə qərarlaşan "İnter"in qonağı olacaq. Paytaxt derbisi Elxan Abdullayevin "Neftçi"dəki debütu ilə yadda qalacaq.

Premyer Liqa

V tur

18 sentyabr

18:00 "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena"

20:00 "İnter" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena"

19 sentyabr (bazar ertəsi)

18:00 "Qəbələ" - AZAL
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

20:00 "Qarabağ" - "Zirə"
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
"Əlincə Arena"

Turnir cədvəli N Klublar O Q H M T-F X

1 Qarabağ 4 3 0 1 12-2 9
2 İnter 4 2 2 0 6-4 8
3 Qəbələ 3 2 1 0 10-0 7
4 Zirə 4 2 0 2 4-4 6
5 Kəpəz 4 1 2 1 4-4 5
6 Sumqayıt 3 1 0 2 2-4 3
7 Neftçi 4 1 0 3 2-12 3
8 AZAL 4 0 1 3 1-11 1