ABŞ və NATO ölkələri Rusiyanın dünyadakı aqressiv fəaliyyətinə çox ləng reaksiya verdilər.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu Yalta Avropa Strategiyası konfransında çıxışı zamanı ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts (2006-2011) söyləyib. Onun sözlərinə görə, Qərb, sadəcə, Rusiyanın böyük güc olması ilə barışıb:
"Krım və Donbas konfliktindən sonra NATO və ABŞ oyandı. Bundan sonra biz öz müttəfiqlərimizin müdafiəsini gücləndirdik. Amerika və Avropa siyasəti Rusiyanın onlar qarşısında yaratdığı situasiyaya cavab verməyə hazır olmadı. Qərb Ukraynaya qarşı mövqeyini dəyişməlidir. Biz azad Ukraynanın stabil və təhlükəsiz Avropa üçün zəmanət olduğunu anlaya bilmədik.