İran velosipedçisi Bəhmən Qolbarnejad Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında şosse yarışı zamanı qəza keçirib.
Unikal.org bildirir ki, 48 yaşlı Qolbarnejad yarış zamanı yıxılıb və kəllə-beyin travması alıb.
Xəstəxanaya aparılarkən isə onun yolda ürəyi dayanıb və həkimlər idmançının həyatını xilas edə bilməyiblər. İran Paralimpiya Komitəsi idmançının öldüyünü təsdiq edib.
Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.