Bakıda tanınmış elektorotexnika satışını həyata keçirən şirkətdən şikayət var. Mağazanın alıcısı aldadıldığını iddia edir. Bakı sakininin "Kontakt Home" mağazalar şəbəkəsindən aldığı bahalı telefon xarab çıxıb.

Unikal.org bildirir ki, Qahir Zeynalov criminal.az-a müraciət edib ki, bir müddət əvvəl "Kontakt Home"un Bakıxanov qəsəbəsində yerləşən mağazasından 900 manata Samsung markalı mobil telefon alıb. Az sonra telefonda problem yaranıb.

Vaxt ötdükcə problemlər intensivləşib və məcbur qalıb aldığı mağazaya müraciət edib. Mağzadan servisə getmək tövsiyə olunub. Servis isə onu yenidən problemini mağaza ilə həll etməyi məsləhət görüb. Əlacsız müştəri yenidən mağazaya üz tutub, lakin yenə də probleminə əlac edən olmayıb. Onu bu dəfə Samsung şirkətinin servisinə yönləndiriblər.

Servisdə məlum olub ki, müştəriyə satılmış telefonun qutusu ilə aparatın üzərindəki İMEİ kodu uyğun gəlmir. Müştəri iddia edir ki, ona köhnə telefonu təzə adı ilə satıblar. Q.Zeynalov əlacsız qalıb probleminin həli üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edib.

Şikayət olunan mağazanın müdiri Ramin Şirinov sayta bildirib ki, müştəri problemini servislə həll etməlidir. Həmin telefon köhnə olmayıb, sadəcə, zəmanətə verilərkən səhvə yol verilib.

Biz satış məntəqəsiyik. Müştərinin aldığı malda problem olarsa, servisə müraciət etməlidir. Amma həmin müştəri servisə getmir. Mağaza bu işdə məsuliyyət daşımır. "Samsung" telefonlarını Azərbaycana İntegral şirkəti gətirir. Problemləri də özləri həl etməlidirchr("39")chr("39"), - deyə mağaza müdiri əlavə etdi.

Məsələ ilə bağlı "İntegral" şirkəti ilə əlaqə saxlamaq mümkün olmadı.