Bakının Xəzər rayonunda Özbəkistan vətəndaşlarını heyvandarlıq müəssisəsində qul kimi işlədilməsi faktı aşkar olunub. 

Unikal.org teleqraf.com-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Əhməd Babayevin Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən heyvandarlıq müəssisəsində əməliyyat keçiriblər. 

Əməliyyat zamanı heyvandarlıq müəssisəsində milliyyətçə özbək olan 2 qadın və 2 kişidən ibarət ailənin 1997-2010-cu illər ərzində məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.