Rusiya məhkəmələrində qalmaqallı qərar qəbul edilib.
Unikal.org Fins.az-a istinadən xəbər verir ki, Nijeqorod vilayətinin yerli məhkəməsi Pravoslav kilsəsinin yerli bölməsi olan yeparxiyaya icazə verib ki, podratçı şirkətə olan borcunu "dualarla" ödəsin.
Bu şirkət yerli kilsədə qazanxananın tikintisi üçün layihə sənədləri hazırlayıb. Görüən işin ümumi məbləği 916 mirn rubl (və ya 12 min dollar) təşkil edirdi. Kilsə bu pulun ancaq yarısını qaytarmışdı. Vəziyyətlə razılaşmayan şirkət məhkəmədə görülən işin haqqını tələb edirdi.
Amma məhkəmədə tərəflər sülh razılaşması əldə ediblər. Razılığa görə, kilsə adı çəkilən şirkətə daha 200 min rubl ödəyəcək. Borcun qalan hissəsini isə «Allah qulları» İvan Mixayloviç Arsenyev və Sergey Aleksandroviç Lepustinin və onların ailələrinin sağlığı və uğurları üçün dualar oxumaqla qaytaracaqlar. Qeyd edək ki, bu şəxslər layihələndirici şirkətin rəhbərləridir.