Əfv Komissiyası niyə toplanıb?
100-ə yaxın şəxs azadlığa buraxıla bilər
Dünən Əfv Komissiyasının qəfil toplantı üçün yığıldığına dair məlumat yayılıb. Həmin məlumatda qeyd olunur ki, fövqəladə toplantıya komissiyanın bütün üzvləri "iştirak vacibdir" xəbərdarlığı ilə çağırılıb. Komissiya üzvlərinin hansı siyahını müzakirə edəcəyi bəlli olmasa da, ehtimal olunur ki, gündəmdə vicdan məhbuslarının işidir.
AŞPA-nın məruzəçiləri
vəd veriblər
Qeyd edək ki, son dövrlər 2 aprel hadisələrinə görə həbs olunanların azadlığa buraxılacağı barədə də məlumat yayılmışdı. Həmin yayılan məlumatın əsasında isə Avropa Şurasının Azərbaycan hakimiyyətindən etdiyi xahişin dayandığı deyilirdi. Vurğulanırdı ki, AŞPA-nın nümayəndələri bu barədə rəsmi Bakıya bir neçə dəfə ismarıc göndərərək, onlardan həmin məhbusların azadlığa buraxılmasını istəmişdilər.
İki gün öncə isə Bakıda səfərdə olan AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt da mətbuat konfransında hakimiyyət təmsilçilərinin onlarla 7 vicdan məhbusunun yaxın günlərdə azad ediləcəyini bildirdiklərini demişdilər.
Bu səbəbdən Əfv Komissiyasının qəfil toplanmasının səbəbi kimi onlara verilmiş vəd göstərilir. Rəsmi qurumlar da bunun mümkün olub, olmadığını qərarlaşdırmaq üçün müzakirələrə başlayıblar.
Siyahıda daha kimlər var?
Bildirək ki, əfv olunacaqların siyahısında təkcə 2 aprel məhbuslarının adı olacağı inandırıcı deyil. Böyük ehtimalla komissiyanın hazırladığı siyahıda adları olanlar arasında Avropa Şurasının siyasi məhbus kimi tanıdığı şəxslər də olacaqlar. Çünki xeyli müddətdir Bakı ilə bununla bağlı aparılan danışıqlara artıq yekun nöqtənin qoyulması zərurəti meydana çıxıb.
Apardığımız dəqiqləşdirmə nəticəsində belə məlum olub ki, azadlığa buraxılacaqlar sırasında 17 ildir Qobustan həbsxanasında cəza çəkən iki keçmiş OMON-çu da var. Məlumatda vurğulanır ki, Avropa Şurasının siyasi məhbuslarla bağlı ilk siyahısında adları olan Səfa Poladov və Arif Kazımov prezidentin imzalayacağı əfv fərmanı ilə azadlığa buraxılacaqlar.
Bununla bağlı hüquq müdafiəçisi Novella xanım Cəfəroğlunun da mövqeyini öyrənməyə çalışdıq. Xanım hüquq müdafiəçisi qəzetimizə açıqlamasında deyib ki, Səfa Poladov və Arif Kazımov Avropa Şurası tərəfindən siyasi məhbus kimi çoxdan tanınıb. O qeyd edib ki, hər iki keçmiş OMON-çuların adları olan siyahı isə bu gün prezidentin masası üzərindədir. Onun bildirdiyinə görə, sözügedən şəxslərin azadlığa buraxılacağına inanır.
Əfv nə vaxt olacaq?
Komissiyanın yığılmasına rəğmən əfvin nə zaman olacağı barədə dəqiq bilgilər yoxdur. Amma böyük ehtimal fərmanın iyunun 15-i Milli Qurtuluş Günündə veriləcək. Bu barədə məlumat verən şəxs qeyd edib ki, təqvimə əsasən iyunun 15-i bayramdır və əfv fərmanının da həmin gün verilməsi əlverişlidir.
Mənbənin sözlərinə görə, siyahıda təkcə yuxarıda adları sadalanan şəxslər deyil, digər cinayətlərdə iştirak etmiş şəxslərin də olacağı istisna edilmir. Hətta o da iddia edilir ki, əfv siyahısında adları olanların sayı 100 nəfərə yaxın olacaq. Və bundan sonra hər il Milli Qurtuluş Günü ilə əlaqədar əfvin verilməsinin ənənə şəklini alacağını bildirirlər.
Namiq
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35