Artıq 26 ildir ki, ABŞ-ın Harvard Universitetində "Şnobel mükafatının təqdimetmə mərasimi keçirilir. Parodiya xarakterli bu məzəli mükafat gülüş doğuran nailiyyətlərə görə verilir. Qaliblərə 10 trilyon Zimbabve dolları (0,40 ABŞ dollarına yaxın) təqdim olunur.

Bəs builki "Şnobel mükafatı laureatları kimlərdir?

- Kimya sahəsində "Şnobel "Volkswagen alman avtomobil istehsalçısına verilib. Şirkət bu mükafata "dizelqeytə görə layiq görülüb. Bu şirkət avtomobilin atmosferə buraxdığı zərərli qazların miqdarını saxtalaşdıraraq aşağı göstərən mexanizmin "kəşfinə görə gündəmə gəlmişdi. Buna görə şirkət külli miqdarda cərimələnib.

- Reproduksiya sahəsində mükafat misirli uroloq Ahmad Shafik-ə verilib. O, siçanların yun, pambıq və sintetik tuman geyməsinin onların cinsi həyatına təsirini öyrənib. Həkim daha sonra eyni təcrübəni kişilərlə də aparıb. Shafik müəyyən edib ki, sintetik tumanlar cinsi fəallığı azaldır. O ehtimal edir ki, bu, sintetikanın yaratdığı statik elektrikdən qaynaqlanır.

- İqtisadiyyat sahəsində mükafata isə Yeni Zelandiya və Britaniya alimləri layiq görülüb. Onlar daşlara həkk olunmuş markaların şəxsiyyət kimi qavranılmasını araşdırıblar.

- Tibb sahəsində "Şnobel alman alimlərinə verilib. Onlar müəyyən ediblər ki, əgər sol tərəfiniz qaşınırsa, güzgüyə baxıb sağ tərəfinizi qaşısanız, qaşınma keçəcək.

- Fiziologiya sahəsində mükafat isə min yalançının iştirakı ilə keçirilmiş sorğu və bu sorğunun nəticələrinə inanmağın mümkün olub-olmadığına həsr edilmiş tədqiqata verilib.

- Sülh sahəsində "Şnobel Kanada və ABŞ alimlərinə verilib. Onlar "psevdodərinmənalı boşboğazlığı tədqiq ediblər. Onlar mənasız söz yığınını aforizm və müdrik kəlamlar şəklinə salıb onların İnternetdə necə qəbul olunmasını müşahidə ediblər.

- Biologiya sahəsində mükafat britaniyalı Charles Foster və Thomas Twaites-ə verilib.Foster porsuq, maral, su samuru, tülkü və quş obrazlarına girməyə çalışıb. Məsələn, "porsuq olanda təpənin döşündə özünə yuva qazb, qurdlarla qidalanıb və s. Twaites isə ətraflara taxılan xüsusi protez icad edib. Bu protezlər keçi yerişinin imitasiyasına kömək edir. O, həmin protezləri taxaraq İsveçrənin Alp dağlarında üç gün keçi sürüsünün içərisində yaşayıb, mələyib və ot otlayıb.

- Ədəbiyyat sahəsində "Şnobel ölü və hələ ölməmiş milçəkləri yığmaqdan aldığı həzzin təsvirinə görə "Milçək yığıcısının yolu kitabının müəllifi, isveçli Frederik Sjöbergə verilib. Kitab üç cildlidir.

- Qavrayış sahəsində "Şnobel yapon alimlərinə verilib. Onlar insanın arxasını çevirdiyi, aşağı əyildiyi və ayaqlarının arasından baxdığı zaman eyni şeyi necə görməsini tədqiq ediblər.

"Şnobel mükafatının təqdimetmə mərasimi ənənəvi olaraq bu sözlərlə bitir: "Əgər siz bu mükafatı qazanmamısınızsa, xüsusən də qazanmısınızsa, gələn il sizə uğurlar arzu edirik! (azadliq.org)Artıq 26 ildir ki, ABŞ-ın Harvard Universitetində "Şnobel mükafatının təqdimetmə mərasimi keçirilir. Parodiya xarakterli bu məzəli mükafat gülüş doğuran nailiyyətlərə görə verilir. Qaliblərə 10 trilyon Zimbabve dolları (0,40 ABŞ dollarına yaxın) təqdim olunur.

Bəs builki "Şnobel mükafatı laureatları kimlərdir?

- Kimya sahəsində "Şnobel "Volkswagen alman avtomobil istehsalçısına verilib. Şirkət bu mükafata "dizelqeytə görə layiq görülüb. Bu şirkət avtomobilin atmosferə buraxdığı zərərli qazların miqdarını saxtalaşdıraraq aşağı göstərən mexanizmin "kəşfinə görə gündəmə gəlmişdi. Buna görə şirkət külli miqdarda cərimələnib.


- Reproduksiya sahəsində mükafat misirli uroloq Ahmad Shafik-ə verilib. O, siçanların yun, pambıq və sintetik tuman geyməsinin onların cinsi həyatına təsirini öyrənib. Həkim daha sonra eyni təcrübəni kişilərlə də aparıb. Shafik müəyyən edib ki, sintetik tumanlar cinsi fəallığı azaldır. O ehtimal edir ki, bu, sintetikanın yaratdığı statik elektrikdən qaynaqlanır.

- İqtisadiyyat sahəsində mükafata isə Yeni Zelandiya və Britaniya alimləri layiq görülüb. Onlar daşlara həkk olunmuş markaların şəxsiyyət kimi qavranılmasını araşdırıblar.

- Tibb sahəsində "Şnobel alman alimlərinə verilib. Onlar müəyyən ediblər ki, əgər sol tərəfiniz qaşınırsa, güzgüyə baxıb sağ tərəfinizi qaşısanız, qaşınma keçəcək.

- Fiziologiya sahəsində mükafat isə min yalançının iştirakı ilə keçirilmiş sorğu və bu sorğunun nəticələrinə inanmağın mümkün olub-olmadığına həsr edilmiş tədqiqata verilib.

- Sülh sahəsində "Şnobel Kanada və ABŞ alimlərinə verilib. Onlar "psevdodərinmənalı boşboğazlığı tədqiq ediblər. Onlar mənasız söz yığınını aforizm və müdrik kəlamlar şəklinə salıb onların İnternetdə necə qəbul olunmasını müşahidə ediblər.

- Biologiya sahəsində mükafat britaniyalı Charles Foster və Thomas Twaites-ə verilib.Foster porsuq, maral, su samuru, tülkü və quş obrazlarına girməyə çalışıb. Məsələn, "porsuq olanda təpənin döşündə özünə yuva qazb, qurdlarla qidalanıb və s. Twaites isə ətraflara taxılan xüsusi protez icad edib. Bu protezlər keçi yerişinin imitasiyasına kömək edir. O, həmin protezləri taxaraq İsveçrənin Alp dağlarında üç gün keçi sürüsünün içərisində yaşayıb, mələyib və ot otlayıb.

- Ədəbiyyat sahəsində "Şnobel ölü və hələ ölməmiş milçəkləri yığmaqdan aldığı həzzin təsvirinə görə "Milçək yığıcısının yolu kitabının müəllifi, isveçli Frederik Sjöbergə verilib. Kitab üç cildlidir.

- Qavrayış sahəsində "Şnobel yapon alimlərinə verilib. Onlar insanın arxasını çevirdiyi, aşağı əyildiyi və ayaqlarının arasından baxdığı zaman eyni şeyi necə görməsini tədqiq ediblər.

"Şnobel mükafatının təqdimetmə mərasimi ənənəvi olaraq bu sözlərlə bitir: "Əgər siz bu mükafatı qazanmamısınızsa, xüsusən də qazanmısınızsa, gələn il sizə uğurlar arzu edirik! (azadliq.org)