İngiltərə millisinin meneceri Sem Ellerdaysın adı rüşvət qalmaqalında hallanır.

Unikal.org "Dailymail"ə istinadla xəbər verir ki, Sem ona özünü çinli biznesmenlər kimi tanıdan müxbirlərlə 400 min funtluq qalmaqallı müqavilə imzalayıb.

Belə ki, özünü çinli iş adamları kimi tanıdan, əslində isə Teleqraf qəzetinin müxbirləri Sem ilə 10 ay boyunca görüş təşkil ediblər. Bütün görüşləri kameraya çəkən müxbirlər ondan çinli futbolçuları İngiltərəyə necə sata biləcəkləri mövzusunda yardım istəyiblər. Millinin meneceri isə 400 min funt-sterlinq qarşılığında onlara kömək edəcəyini, futbol qaydalarını pozacağını söyləyib.