Bu gün yağan yoğun yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

FHN-dən Unikal.org -a daxil olan məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması for Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları Nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.

Hazirda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.