ABŞ-ın Apple korporasiyasının əməkdaşları yeni, iPhone 8 smartfonu ilə bağlı ilkin məlumatlar veriblər.
Unikal.org Business Insider-ə istinadən bildirir ki, Apple-in İsrail ofisinin əməkdaşlarının dediklərinə görə, korporasiya iPhone 7s modelini istehsal etməyəcək. Hazırda Apple smartfonunun dizaynını radikal şəkildə dəyişmək və yeni modeli iPhone 8 adı ilə satışa çıxarmaq niyyətindədir.
Məsələn, yeni smartfonda displey ətrafında çərçivə olmayacaq.
Ofisin digər əməkdaşları danışmaq istəməyiblər, mühafizəçilər isə jurnalistləri binanın yanından qovublar.
MacRumors bildirir ki, Apple-in yeni, 2017-ci ildə satışa çıxarılacaq smartfonu bütünlüklə şüşədən hazırlanacaq. Smartfonda çərçivəsçiz displey olacaq. Barmaq izi sensoru, dinamik və frontal kamera da displeydə olacaq.