Dünəndən başlayan yağış Bakıda ciddi fəsadlar yaradıb.
Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, küçələr boyu axan yağış suları evlərə dolub. Belə hallardan biri də Nərimanov rayonunda qeydə alınıb. Rayonun Sübhan Ələsgərov küçəsində yerləşən mənzilə həyətdən yağış suları axıb.
Ev sahibinin sözlərinə görə, buna səbəb məhəllədəki kanalizasiya sisteminin yaxşı işləməməsidir. Hadisə nəticəsində evin döşəməsi suyun altında qalıb. Ev əşyaları - xalça, mebel və sairə yararsız hala düşüb. Mənzilin sahibi onu da əlavə edib ki, evinin tavanında heç bir problem yoxdur və dammaq halı qeydə alınmayıb. Evdəki bütün su kənardan daxil olub.
Həmin görüntüləri təqdim edirik: