Azərbaycan Təhsil Nazirliyi 5 Oktyabr - müəllimlər Günü münasibətilə müxtəlif məktəblərdə pul yığılmasına dair yayılan məlumatlara münasibət bildirib.

Unikal.org-un məlumatına görə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün facebook səhifəsində həmin məlumatlarla əlaqədar təmsil etdiyi qurumun xəbərdarlığını çatdırıb: "Bununla bağlı kimsə anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) Nazirliyin 146 saylı "qaynar xəttinə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq".