UEFA-nın prezidenti Aleksander Çeferin AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Unikal.org AFFA-nın saytına istinadən verdiyi məlumata görə, səfər qurumun prezidenti Rövnəq Abdullayevin dəvəti əsasında baş tutub.
A.Çeferin bu gün saat 19.00-da Avropa Liqasının C qrupunda Bakıda Arenada keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.
Xatırladaq ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.