"Yaxşı oyun oldu. Amma rəqib çox güclü idi.
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan "Qəbələ - "Maynts (2-3) oyunundan sonra fikirlərini jurnalistlərlə bölüşüb.
Unikal.org xəbər verir ki, Rövnəq Abdullayev rəqibin güclü olduğunu vurğulayıb:
""Maynts Bundesliqanın güclü komandalarından biridi. Pis oynamadıq. Düşünürəm ki, qələbə qazana bilərdik.
Abdullayev oyunu UEFA prezidenti Aleksandr Ceferinlə birgə izləyib: "O, oyunu normal dəyərləndirdi. Başqa nə deyəcək ki?
Abdullayev qeyd edib ki, "Qəbələ təcrübə azlığına görə "Mayntsa uduzub: "Təcrübə, güc çatmadı. Rəqib çox güclü idi. Bu gün "Qarabağın da oyunu var. Onlardan qələbə gözləyirəm.