Avropa Liqasının qrup mÓ™rhÓ™lÓ™sindÓ™ baş tutan "Roma" - "Astra" oyununa tÓ™yinat alan FİFA dÓ™rÓ™cÓ™li referimiz Ó˜liyar Ağayev "Qafqazinfoya müsahibÓ™ verib.
Unikal.org həmin müsahibəni təqdim edirik:
- Gələcəkdə avrokubok oyunlarına təyinat gözlənilir?
- Əsas olaraq ona çalışırıq. Yeni təyinat xəbərini gözləyirik.
- Hakim-inspektor işinizdən razı qaldı?
- Hakim-inspektor işimizdən razı qaldı. Qiymət isə oyundan 2-3 gün sonra açıqlanır.
- Çempionlar Liqasında oyun idarə etməyin mümkün olacaq?
- Oyun versələr, çalışarıq ki, etimadı doğruldaq. Çempionlar Liqasında oyun idarə etmək üçün I kateqoriyalı hakim olmalısan. Əsas odur ki, I kateqoriyaya yüksəlim.
- Özünə kumir seçdiyin referi var?
- Özündən razılıq kimi çıxmasın, mənim kumirim yoxdu. Hər hakimdən yaxşı cəhətlərinə baxıb öyrənirik.
- Avropa Liqasından sonra ölkə çempionatının oyununu idarə etmək çətin deyil?
- Baş hakim kimi bu oyunu idarə etmək istəmirdim. Xaqani Məmmədovla danışdım və ona yorğun olduğumu söylədim. Ona görə də bu gün köməkçi hakim oldum.
- Sənin üçün pik nöqtə haradır?
- Dünya çempionatının final mərhələsi fikrimcə, pik nöqtə olar. Bu, futbolçular üçün də belədir.
- "Roma - "Astra oyununda əfsanəvi futbolçu Françesko Tottiyə verdiyin sarı vərəqə sosial şəbəkələrdə geniş müzakirə edildi-¦
- Bu oyun epizodu idi (gülür).