"Leipzig"in futbol direktoru Ralf Ranqnik maraqlı açıqlamaları ilə yadda qalıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis İngiltərə futbol federasiyasından ona təklif gəldiyini bildirib: "AÇ-2016 final matçından bir neçə gün sonra federasiya direktoru Den Aşvort mənə zəng etdi və İngiltərəni çalışdırmaq üçün danışıqlara çağırdı. Razılaşıb danışıqlara başladım, amma bir neçə gün yenidən mənə zəng edən Aşvort yığmanı ingilis bir məşqçiyə tapşırdıqlarını dedi və mən də bunu normal qarşıladım. O telefon danışığından sonra heç kəs mənə bu mövzu ilə bağlı zəng etmədi".