Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirir.
Unikal.org xəbər verir ki, "Boavişta"nın şərəfini qoruyan qolkiper "Moreyrense" ilə matçın start heyətinə yer alıb.
Qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə "Boavişta"nın qapısına penalti təyin edib. Amma Kamran qonaqlara sevinmək imkanı verməyib. O, Roberto Rodriqonun zərbəsini dəf edərək komandasını xilas edib. "Boavişta" bundan 4 dəqiqə sonra Roşa Lukasın qoluna sevinib.