Milli Məclisin sabiq deputatı Anar Axundzadə yeni vəzifəyə təyin olunub.
Unikal.org xəbər verir ki, bu barədə azvision.az-a eks deputat özü məlumat verib. Keçmiş parlament üzvü Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. "Bu gün yeni vəzifəyə təyin olunmağımla bağlı əmr verilib. Sabahdan işə başlayacağam".