19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Avstriya ilə Litvada baş tutacaq qarşılaşmanın hakimləri artıq müəyyənləşib.
Unikal.org xəbər verir ki, V qrup çərçivəsində üz-üzə gələcək tərəflərin görüşü belçikalı Conatan Lardota həvalə edilib. Ona həmyerlisi Frederik Qodelayne və litvalı Vitis Snarskis kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını litvalı Manfredas Lukyançiukas yerinə yetirəcək. Yan Veqeref (Hollandiya) həm UEFA nümayəndəsi, həm də Hakim-İnspektor kimi iş başında olacaq.
Qrupun digər matçında Litva ilə Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Mariampol şəhərində eyni adlı klubun stadionunda baş tutacaq Azərbaycan - Avstriya matçı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.