19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması ilk oyununa çıxacaq.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, Litvada keçirilən seçmə mərhələnin ilk görüşündə yığmamızın rəqibi Avstriya olacaq.
Avropa çempionatının seçmə mərhələsi
V qrup
I tur
15:00 Avstriya - Azərbaycan
Hakimlər: Conatan Lardo (Belçika, Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva), Manfredas Lukyançukas (Litva)
Qeyd edək ki, millimizin yer aldığı qrupun digər matçında Litva Bosniya və Hersoqovinanı sınağa çəkəcək.