Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Martin Şkrtel əməliyyat olunub.
Unikal.org Report-a istinadən xəbər verir ki, buna müdafiəçinin burnunun sınması səbəb olub.
Hadisə sentyabrın 29-da Avropa Liqasının A qrupunda Hollandiyanın "Feyenoord" klubu ilə ev qarşılaşmasında baş verib. Şkrtel komanda həkimlərinin də razılığı ilə ölkə çempionatının VI turunda səfərdə "Osmanlıspor"la görüşə maska ilə çıxıb. Klub həkimi Burak Kunduracıoğlu slovakiyalı futbolçunun vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, "Feyenoord"la qarşılaşma "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 1:0.