"Gənc istedadlar" Bakı Dövlət Universiteti ilə tanış olub. 

BDU-dan Unikal.org-a daxil olan məlumata görə, universitetin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 5 b sinif şagirdləri ali təhsil ocağında olublar.

Liseyin təşkilat işləri üzrə direktor müavini Məleykə Bayramova və sinif müəlliməsi Mehparə İbadovanın rəhbərliyi ilə şagirdlər universitetin muzey, laboratoriya, idman kompleksinə baş çəkiblər. Universitetin müəllim və tələbələri ilə görüşən şagirdlərə BDU haqqında məlumat verilib, sualları cavablandırılıb.