Düz qarına sahib olmaq hər qadının arzusudur. Təbii ki, bunun üçün düzgün qidalanma ilə yanaşı idman hərəkətləri də vacibdir.
Unikal.org bildirir ki, 4 dəqiqəyə düz qarına sahib olmaq istəyisinizsə, videoya baxın və orda göstərilən hərəkətləri təkrarlayın. Hər hərəkətə cəmi bir dəqiqə vaxt ayırsanız, kifayət edər.
İlk hərəkət: arxası üstə uzanın, dizlərinizi qatlayın, sağ və sol əlinizi növbə ilə topuqlarınıza vurub geri qaytarın. Hər gün və ya günaşırı bu hərəkəti edin.
İkinci hərəkət: Bu hərəkət qayçı adlanır. Qollarınızı yanınıza düz uzadın. Ayaqları yuxarı qaldıraraq növbə ilə aşağı-yuxarı hərəkət etdirin. Ayaqlar yerə dəyməməlidir.
Üçüncü hərəkət: Yerdə oturun. Qolları çarpazlayın. Ayaqları birləşdirin və yerə dəymədən aşağı-yuxarı hərəkət etdirin. Ayaqları hərəkət etdirmək çətindirsə, sadəcə bu cür 4 dəqiqə dayanın.
Dördüncü hərəkət: Üçüncü hərəkətdəki kimi oturun. Sadəcə ayaqlarınızı bu dəfə yerə dirəyin. Qollarınızı çarpazlayın. Bu formada bədəninizi sağa və sola hərəkət etdirin. Bu hərəkəti dabanlarınızı yerdən çəkərək də edə bilərsiniz.