Bakıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Kalinın küçəsi 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 18 yaşlı Xəyal Surxay oğlu Yəhyalı özünü asıb.

Məlumata görə, X. Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya qapanan gənc bir neçə dəfə intihara cəhd edibmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.