Tovuzda yanğın olub.
"Unikal"ın məlumatına görə hadisə Kür çayının sahili ərazisində qeydə alınıb. Sözügedən ərazidə vətəndaşlara məxsus açıq sahədə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı vətəndaşlara məxsus 300 hektara yaxın kol-kos və quru otlaq sahəsi yanıb. Yanğın söndürülüb, əraziyə yaxın vətəndaşlara məxsus fermalar yanğından mühafizə edilib. Hazırda baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov