Ermənilər Türkiyə mətbəxinin daha bir yeməyini mənimsəməyə çalışır. Paxlava, türk qəhvəsi, dolma, keşkek və bir sıra başqa yeməklərdən sonra bu dəfə növbə lahmacuna çatıb.
Unikal.org azvision.az-a istinadən bildirir ki, Rusiyanın paytaxtı Moskvada açılan yeni erməni restoranı menyusu ilə diqqət çəkir. Restoranda türklərə məxsus lahmacun "Lamadjo" adı ilə ermənilərə məxsus "fast-food" kimi təqdim edilir.
"Lamadjo"nu lahmacundan fərqləndirən təkcə adıdır. Dad və görünüş tamamilə eynidir.
Restoran işçiləri müştəriləri aldadaraq "Lamadjo"nun Ermənistan mətbəxinin populyar yeməklərindən biri olduğunu deyirlər.