Parlament seçkiləri keçirilən Gürcüstanda iki seçici dünyasını dəyişib.

Unikal.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, hadisə Batumidə qeydə alınıb. Belə ki, 83 yaşlı kişi 51 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra məntəqədən çıxıb. Məntəqəni tərk edən seçicinin qəfil vəziyyəti pisləşib və o yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə səbəbindən seçki məntəqəsində bir müddətlik səsvermə dayandırılıb.

Daha bir seçici ölümü isə Şida Kartli regionunun Kareli şəhərində baş verib.

Şida Kartli regionunun Kareli şəhərinin yaşlı sakininin vəziyyəti 23 nömrəli seçki məntəqəsinin yaxınlığında pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib.

"Yaşlı kişi səsvermə hüququndan yararlanmaq üçün məntəqəyə gəlirdi. Qəfildən onu halı pisləşdi. O, xəstəxənaya aparılarkən yolda keçinib", - deyə məntəqə sədri Zaza Nadiraşvili bildirib.