Dövlət Sərhəd Xidmətinin(DSX) bölmələrioktyabrın5-dən8-dəkXəzər dənizinin Azərbaycana məxsusbölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış-əməliyÂyatlarının aparılması və aşkar olunanterror-təxribat qüvvələrinin zərərsizləşÂdirilməsi mövzuÂsnÂda taktiki təlimlər keçirib.
DSX-nin mətbuat mərkəzindən Unikal.org-a verilən məlumata görə, təlimləri baş nazirin birinci müaviniYaqub Eyyubovda izləyib.
Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanıDSX-ninbölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyəÂtinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarıÂşının aparılÂması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişÂlərin təkmilləşÂdirilÂməsi olub.
Üç mərÂhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıÂxarma rayonlarının, platÂformaların, ixrac boru kəmərÂləriÂnin mühafizəsi və müÂdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şəraiÂtə keçirilməsi və birgə axtarış əməliyÂyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qruÂpun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşÂmənin terror-təxÂribat qrupunun zərərsizləşÂdirilməsi, dayanÂdırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axÂtaÂrış vasitələri ilə baxış keçiÂrilməsi, kütÂləvi qırğın silahlarının komÂponentlərinin və narkotik vasiÂtələÂrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəÂmilərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket kompleksÂlərindən günün işıqlı və qaranlıq vaxtlaÂrında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparaÂtının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edilÂməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.
Cari ilin iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənabİlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılanitisürətli və yüksək üzmə qabiÂliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqÂları ilə müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri təlimÂlərdə uğurla sınaqdan keçirilib.
Təlimlərdə qarşıya qoÂyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intiÂzam, yüksək döyüş hazırlığı nümayiş etdirib.
Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd QoşunÂlarının Komandanı general-polkovnik Elçin QuÂliyev təlimlərin uğurlu yekunu münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dəÂnizinÂdə dövlət sərhədÂlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukÂturunun təhlüÂkəÂsizÂliyiÂnin təmin edilməsinin Dövlət Sərhəd XidməÂtinin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşÂdirilməsi və şəxsi heyətin peşəkarÂlığının daha da artırılması istiqamətində hərbi hissə və bölmələr qarÂşısında konkret tapşırıqlar müəyyən edib.
Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqÂçular təltif olunublar.