Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əmrə əsasən,respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirmək, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etmək tapşırılıb.

Ərazi maliyyə hesablaşma mərkəzlərinə isə Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmaq tapşırılıb.Yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinə əmrlə yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etmək tapşırığı verilib.