Unikal.org xəbər verir ki, tanınmış aparıcı Yusif Ağayev "10-dan sonra verilişində anasını xatırlayaraq belə deyib:

"Valideyn ayrılığı heç zaman unudulmur. Anamın vəfatından sonra ömrümün sonuna kimi acı çəkəcəyəm, ana ayrılığını unuda bilmirəm. Özümlə nə qədər mübarizə aparsam da, bunun qarşısında acizəm. Hər zaman ana niskili qarşısında zəifəm. Allah bizə ayrılıq nəsib edir. Amma güc tapıb ayaqüstə durmağa çalışmalıyıq.